“Alirıza” əməliyyat olundu

aliriza-emeliyyat-olundu
Oxunma sayı: 284

Məşhur türkiyəli aktyor Halil Ergün ürəyindəki narahatlığa görə əməliyyat olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, 79 yaşlı məşhur sənətçi səhər saatlarında müraciət etdiyi özəl klinikada müayinədən keçib. Onun ürəyinin əsas damarında ciddi daralma aşkar edildikdən sonra stent qoyulması qərarı verilib. Həkimlər prosedur zamanı heç bir problemin yaranmadığını və onun ümumi səhhətinin yaxşı olduğunu vurğulayıblar.

Xatırladaq ki, H. Ergün daha çox tamaşaçılara “Yaprak Dökümü” serialındakı “Alirıza” obrazı ilə tanınır.