İran Qətərin Ras-Laffan şəhərində yerləşən dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsalı kompleksini (LNG) vurub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “QatarEnergy” “X” sosial media platformasında məlumat yayıb.
Raket hücumu yanğınlara və xeyli ziyana səbəb olub. Şəxsi heyət təxliyə edilib, xəsarət alan olmayıb.
Qətər Müdafiə Nazirliyi İranın 5 ballistik raket atdığını bəyan edib.
Qeyd edək ki, Ras-Laffan dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz hasilatı və ixracı mərkəzidir və qlobal tədarükün təxminən 20 faizini təşkil edir.
Son xəbərlər
Son Xəbərlər