“İran nüvə silahı əldə etmək niyyətində deyil”

iran-nuve-silahi-elde-etmek-niyyetinde-deyil
Oxunma sayı: 1013

İran Prezidenti Məsud Pezeşkian İslam Respublikasının heç vaxt nüvə silahı əldə etmək məqsədinin olmadığını bildirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu haqda o, BMT Baş Assambleyasının 80-ci sessiyasındakı ümumi müzakirələr zamanı çıxışında danışıb.

“Mən bu tribunadan bir daha bildirirəm ki, İran heç vaxt nüvə bombası yaratmaq istəməyib və çalışmayacaq”, - Pezeşkian qeyd edib.