İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçdi

iranda-etiraz-aksiyalarinda-olenlerin-sayi-500-u-kecdi
Oxunma sayı: 1736

İranda davam edən etirazlar nəticəsində 500-dən çox insan həlak olub.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, 490 etirazçı və 48 təhlükəsizlik qüvvəsinin öldüyü təsdiqlənib.

Bundan əlavə, iki həftə davam edən etirazlarda 10.600-dən çox insan həbs olunub.

Qeyd edilib ki, bu məlumat İran daxilində və xaricindəki fəalların məlumatlarına əsaslanır.