“İrəvan Bakı ilə danışıqlara hazırdır”

irevan-baki-ile-danisiqlara-hazirdir
Oxunma sayı: 3447

“Ermənistan Azərbaycanla danışıqlarda iştirak etməyə hazırdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan XİN-in dünənki bəyanatına cavab olaraq yaydığı məlumatda qeyd olunub.

“Ermənistan bütün çətinlik və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkanın olduğunu hesab edir”, - deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilir ki, Ermənistan dövlət sərhədində delimitasiya üzrə komissiyanın iclasının keçirilməsini təklif edib. 

Xatırladaq ki, noyabrın 21-i Ermənistan sülh müqaviləsi üzrə 6-cı təkliflər paketini Azərbaycana təqdim edib.