İrəvanda Rusiya əleyhinə aksiya - Video

irevanda-rusiya-eleyhine-aksiya
Oxunma sayı: 8695

İrəvanın Azadlıq meydanından Xarici İşlər Naziriyi və Rusiya səfirliyi istiqamətində yürüş başlayıb.

"Qafqazinfo" Musavat.com-a istinadən xəbər verir ki, aksiya Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri ilə əlaqədar keçirilir.

Aksiya iştirakçıları hesab edirlər ki, səfər zamanı Ermənistan hakimiyyətinə Kremlin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı planı təqdim ediləcək.

***

İrəvanda Rusiya XİN rəhbərinin səfərinə təşkil olunmuş yürüş başa çatıb.

Oxu.Az News.am-a istinadən xəbər verir ki, bu barədə aksiya təşkilatçıları məlumat veriblər.

Etirazçılar polislə danışıqlardan sonra Rusiya səfirliyi qarşısında simvolik “hədiyyə” - karton qutuda köhnə ayaqqabı və “molotov kokteyli” şüşəsi qoyublar.

Aksiya iştirakçıları bildiriblər ki, ayaqqabı “qana bulnamış Rusiya çəkməsinin” rəmzidir.