İspaniya millisinin baş məşqçisi ilə bağlı qərar verildi

ispaniya-millisinin-bas-mesqcisi-ile-bagli-qerar-verildi
Oxunma sayı: 1558

İspaniya Futbol Federasiyası millinin baş məşqçisi Luis de la Fuente ilə müqaviləni 2026-cı ilə qədər uzatmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Bildirilib ki, mütəxəssislə müqavilənin uzadılması martda, Kolumbiya və Braziliya ilə yoldaşlıq oyunları öncəsi reallaşacaq.

Federasiya rəhbərliyinin 62 yaşlı məşqçinin işindən razı olduğu vurğulanıb. 

Xatırladaq ki, de la Fuente 2023-cü il yanvarın 1-də İspaniya millisinə baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında komanda Avro-2024-ün final mərhələsinə vəsiqə qazanıb, Millətlər Liqası-2023-ün qalibi olub.