İsrail Prezidentinin Türkiyəyə gəldiyi təyyarədə diqqət çəkən detallar - Fotolar

israil-prezidentinin-turkiyeye-geldiyi-teyyarede-diqqet-ceken-detallar
Oxunma sayı: 24834

Xəbər verdiyimiz kimi, İsrail Prezidenti İsaak Hersoq Türkiyəyə rəsmi səfərə gəlib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, İsrail dövlət başçısının gəldiyi təyyarə diqqət çəkib.

Belə ki, İ.Hersoq Türkiyəyə üzərində zeytun budağı əks olunan təyyarə ilə gəlib. Bundan başqa təyyarənin üzərində türk, ivrit və ingilis dillərində “Sülh, əməkdaşlıq, gələcək...” ifadələri yazılıb.