İstanbul səhəri partlayışla açdı - 12 ölü, 36 yaralı + Video

istanbul-seheri-partlayisla-acdi
Oxunma sayı: 8629

İstanbulda partlayış baş verib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayış Bəyazid bölgəsində qeydə alınıb. Bomba çevik polis alayına məxsus avtomobil yoldan keçərkən işə salınıb. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları cəlb edilib. Partlayışın kim və ya kimlər tərəfindən törədildiyi barədə hələlik heç bir məlumat yoxdur.

Partlayışda 7-si polis olmaqla 11 nəfər ölüb, 36 nəfər yaralanıb. 

***

Yaralı halda xəstəxanaya çatdırılan mülki vətəndaşlardan biri dünyasını dəyişib. Beləliklə, ölənlərin sayı 12-ə çatıb. 

***

İstanbulda bu gün səhər baş verən terror aktından sonra 4 nəfər şübhəli saxlanılıb. 

Aysel Kərimova