Bu gün Avropa çempionatında qrup mərhələsinin 3-cü turunun növbəti oyunları keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, 11-ci oyun günündə 2 qarşılaşma baş tutacaq.
B qrupunda yer almış komandalardan İspaniya Albaniyanı, İtaliya isə Xorvatiyanı sınağa çəkəcək. İspanlar artıq 1/8 finala vəsiqəni təmin ediblər. Digər komandalar isə buna son turda nail olmağa çalışacaqlar.
AÇ-2024
B qrupu
24 iyun
23:00. Albaniya – İspaniya
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Düsseldorf. “Merkur Spiel-Arena”.
23:00. Xorvatiya – İtaliya
Baş hakim: Danni Makkeli (Niderland).
Leypsiq. “Red Bull Arena”.
Xallar: İspaniya – 6. İtaliya – 3. Albaniya – 1. Xorvatiya – 1.
***
Matçlar başladı
***
İspaniya hesabı açdı. Ferran Torres 13-cü dəqiqədə fərqləndi.
***
Hər iki matçda fasilə oldu.
***
İkinci hissələr başladı.
***
Xorvatiya İtaliya ilə oyunda fərqlənir. Luka Modriç 54-cü dəqiqədə penaltini vura bilməsə də, 55-ci dəqiqədə hesabı açır.
***
İtaliya 90+8-ci dəqiqədə hesabı bərabərləşdirir. Zakkani fərqlənir.
***
İspaniya Albaniyaya 1:0 hesabı ilə qalib gəldi. Matç bitdi
***
İtaliya - Xorvatiya matçı 1:1 hesablı bərabərliklə başa çatdı.