2017-ci il avqustun 28-də Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, onların ailəsi Şirvan Şəhər Polis Şöbəsinə müraciət edib. Şöbənin Cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən bacı və qardaş dünən Bərdə rayon ərazisindən tapılaraq ailə üzvlərinə təhvil verilib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər