Janna öldü...

janna-oldu
Oxunma sayı: 5634


“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, 41 yaşlı Janna Friske 2013-cü ildən beyin xərçəngi ilə mübarizə aparırdı. Bir müddət əvvəl onun həyat yoldaşı Dmitri Şepelyov ilə onkoloji xəstələrə yardım fondu yaratmaq niyyətində olduqları barədə məlumat yayılmışdı. Müğənni 1996-cı ildə “Blestyaşie” qrupuna qoşulduqdan sonra məşhurlaşıb. 2003-cü ildə uğurlu solo karyerasına başlayan Janna Friske bir neçə filmdə də çəkilib. 2013-cü ildə onun Platon adlı oğlu dünyaya gəlib.