“Kadinin sümüklərindən biri qırılana oxşayır”

kadinin-sumuklerinden-biri-qirilana-oxsayir
Oxunma sayı: 2045

Xəbər verdiyimiz ki, “Qarabağ” – “Çelsi” oyununda yarımmüdafiəçi Kadi Borges zədələnib.

“Qafqazinfo”nun məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov onun vəziyyəti ilə bağlı açıqlama verib.

O, Kadinin vəziyyətinin ciddi olduğunu bildirib: “Dəqiq bir şey deyə bilməyəcəyəm, amma vəziyyət bir az ciddiyə oxşayır. Ayaq hissəsindəki kiçik sümüklərdən biri, sanki, qırılıb. Hər bir halda sabah bilinəcək”.