“KamAZ” öz-özünə hərəkət etdi, sürücü əliylə saxladı - Video

kamaz-oz-ozune-hereket-etdi-surucu-eliyle-saxladi
Oxunma sayı: 11763

Rusiyanın Moskva şəhərində sürücü yalın əllə əyləci sıradan çıxan yük maşınını saxlayıb.

"Qafqazinfo" xəbər verir ki, sürücünün mübarizəsi nəticəsində "KamAZ" son anda lüks avtomobilə və onun yanında dayanan maşına dəyməyib.

Belə ki, "KamAz" qəfildən hərəkət edir. Bu zaman sürücü maşının yük hissəsində olur. Dərhal aşağı düşən sürücü maşına əyləşmək istəsə də, qapı açılmır. O, yalnız öz gücü sayəsində maşını çətin də olsa saxlamağı bacarır.

Qeyd edək ki, hadisə 30 iyulda baş verib.