Kamran Əliyev iki rəis təyin etdi

kamran-eliyev-iki-reis-teyin-etdi
Oxunma sayı: 9915

Baş Prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinə yeni rəis təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

K.Əliyevin əmri ilə bu vəzifəyə Tural Aslanov təyinat alıb.

Həmçinin, Baş prokurorun əmri ilə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə Rövşən Abdullayev rəis təyin edilib.

Amin Nəzərli