Keçmiş hərbi komissar həbsxanada öldü

kecmis-herbi-komissar-hebsxanada-oldu
Oxunma sayı: 5293

Saatlının keçmiş hərbi komissarı İlqar Atayev həbsxanada dünyasını dəyişib.

“Qafqazinfo” azadlıq.info-ya istinadən xəbər verir ki, ölüm hadisəsi martın 27-də baş verib. İlqar Atayev 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirmiş. Eks-komissarın ölüm səbəbləri bəlli deyil.

Qeyd edək ki, İlqar Atayev 2012-ci ildə həbs olunmuş, barəsində 8 il 6 ay müddətinə həbs cəzası kəsilmişdi. O, rüşvət almaqda təqsirli bilinirdi.