Kerem Aktürkoğlu “Fənərbaxça”da

kerem-akturkoglu-fenerbaxcada
Oxunma sayı: 3782

“Benfika” Kerem Aktürkoğlu üçün “Fənərbaxça” ilə razılaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Benfika” klubunun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, Portuqaliya təmsilçisi bu transferdən 22,5 + 2,5 milyon avro gəlir əldə edəcək.

Qeyd edək ki, Kerem Aktürkoğlu “Benfika”ya “Fənərbaxça”nın əzəli rəqibi “Qalatasaray”dan transfer olmuşdu.