Kərimovun dəfninə Azərbaycandan onlar gedir

kerimovun-defnine-azerbaycandan-onlar-gedir-
Oxunma sayı: 8341

Azərbaycanı Özbəkistanın mərhum prezidenti İslam Kərimovun dəfn mərasimində təmsil edən nümayəndə heyəti məlum olub.

"Qafqazinfo" AzVision.az-a istinadən xəbər verir ki, ölkəmizi dəfn mərasimində Milli Məclisin sədri Oqtay Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edirlər.

Onlar bu gün səhər saatlarında Özbəkistana yollanıblar.

Qeyd edək ki, Özbəkistan Prezidenti İslam Kərimov ötən gün 79 yaşında vəfat edib. Dövlət başçısının ölümü ilə əlaqədar Özbəkistanda 3 günlük matəm elan edilib.