Ukraynanın paytaxtı Kiyevdə güclü partlayış səsi eşidilib.
“Qafqazinfo” xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyindən partlayışın dəmiryolu stansiyası yaxınlığında baş verdiyi bildirilib.
Bildirilib ki, ruslar tərəfindən şəhərin Cənub Stansiyası adlanan hissəsinə raket atılıb.
Hazırda şəhərdə həyəcan siqnalı səsləri eşidilir.
TRT-nin Kiyevdəki müxbiri bildirib ki, bu, indiyədək şəhərdə eşidilən ən güclü partlayış səsidir.
***
Rusiya qüvvələrinin Ukraynadan təxliyələrin həyata keçirildiyi Kiyevin Cənub Dəmiryolu Stansiyasına hava hücumu təşkil etdiyi təsdiqlənib.
***
Ukrayna hava hücumundan müdafiə sistemləri vasitəsilə atılan qanadlı raket zərərsizləşdirilib. Bununla belə, raketin hissələri stansiyanın əsas istilik mərkəzini zədələyib. Onun sabahadək bərpa ediləcəyi bildirilib.
Son xəbərlər
Son Xəbərlər