Kiyevə 64 km uzunluğunda rus tanklarının kolonu yaxınlaşır - Foto

kiyeve-64-km-uzunlugunda-rus-tanklarinin-kolonu-yaxinlasir
Oxunma sayı: 14212

Ukraynanın paytaxtı Kiyevə yaxınlaşan hərbi kolonun peyk görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, “Maxar Technologies”ın məlumatına görə, hərbi kolon 64 km uzunluğundadır.

Böyük hərbi kolon zirehli texnika, tanklar, yedəkli artilleriya və digər maşınlardan ibarətdir. 

Həmçinin oxuyun: General ona “telepuzik” deyən kəşfiyyatçını məhkəməyə verdi

Çəkilişlər bazar ertəsi axşam saatlarında karvanın Antonov aviabazasından - Kiyev şəhərinin mərkəzindən təxminən 17 mil məsafədə - Priborskdan bir qədər şimalda uzanan yolda çəkilib.

Məlumata görə, Priborsk Ukrayna-Belarus sərhədinə və Çernobılda tikintisi başa çatmamış nüvə reaktoruna yaxındır.

Qeyd edək ki, dünyanın bir çox məşhur mediası hərbi kolonun Kiyevdən 64 km məsafədə görüntüləndiyi barədə məlumat yayıb.