Klub rəhbəri faciəvi şəkildə öldü

klub-rehberi-facievi-sekilde-oldu
Oxunma sayı: 11207

Ağdaş şəhər sakini, 1988-ci il təvəllüdlü Fərid Ağa oğlu Ağazadə rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.

“Qafqazinfo” xəbər verir  ki, onu sudan çıxarmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Rəhman Cəfər oğlu Əliyev də çayda boğularaq ölüb.

Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, çayda boğulanlardan biri - Rəhman Əliyev Azərbaycan II liqa təmsilçilərindən “Ağdaş” klubunun rəhbəridir.

R.Əliyev evli olub, 3 övladı var.