Köhnə Əhmədlidən əsər-əlamət qalmayıb... - Fotosessiya

kohne-ehmedliden-eser-elamet-qalmayib
Oxunma sayı: 16811

Xəbər verdiyimiz kimi, Əhmədli qəsəbəsinin əsas girişində və qəsəbənin bir sıra mərkəzi küçələrində yenidənqurma işləri görülüb.

Qənbər daşları düzülüb, yaşıllıq zolaqları salınıb, küçələrdə yeni kanalizasiya xətləri çəkilib, bir sıra fərdi evin dam örtüyü, darvazaları dəyişdirilib. Təmir-bərpa işləri görülsə də, qəsəbənin tarixi və özünəməxsus memarlığı qorunub. Orada yerləşən park yenidən qurulub və yaşıllıq sahələri salınıb. 

İndi həmin küçələrlə məktəbə gedən uşaqlar və açıq havada dincələn yaşlılar sanki abadlaşmış ərazini daha çox bəzəyir.

“Qafqazinfo”nun əməkdaşı Xəyal Vəlizadə yenidənqurmadan sonra Əhmədli qəsəbəsində olub. Onun ərazidən çəkdiyi fotoları təqdim edirik: