“Kölə sənin nəslindir...” - Xalq artistindən Nadirə

kole-senin-neslindir
Oxunma sayı: 31869

Azərbaycanın xalq artisti, aktyor Ramiz Məlik Nadir Qafarzadənin sosial şəbəkədəki paylaşımına münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, aktyor-rejissor sosial şəbəkədə paylaşım edərək Qafarzadənin ünvanına sərt sözlərdən istifadə edib.

“Sən deyəsən ağıllanmadın. Kölə sənin nəslindir. Xalqı təhqir eləmə. Deyəsən, çox harınlamısan. Əvvəlki günlərini, əsgər olan vaxtını yadına sal. Əgər səndə abır-həya yoxdursa, sənə onu başa salarlar”- deyə R. Məlik sosial şəbəkədə qeyd edib.

Nadirin qalmaqallı açıqlamasını buradan oxuya bilərsiz.