Kölndə Xocalı soyqırımının 32-ci ildönümü anılıb - Fotolar

kolnde-xocali-soyqiriminin-32-ci-ildonumu-anilib
Oxunma sayı: 605

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Almaniyanın Köln şəhərində anım tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə keçirilən tədbirdə Almaniyanın Köln, Bonn, Düsseldorf, Troisdorf şəhərlərindən olan soydaşlarımız iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbir iştirakçılarına Ali Baş Komandan İlham Əliyevin suverenliyimizi tam bərpa etdikdən sonrakı dövrdə diaspor siyasətindəki prioritetləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Komitə sədri hər il olduğu kimi, bu il də diaspor təşkilatları tərəfindən “Xocalıya Ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində çoxsaylı tədbirlərin həyata keçirildiyini, dünya ictimaiyyətinin məlumatlandırıldığını bildirib. Bir neçə gün öncə Köln Katedralı önündə 200-dən çox diaspor nümayəndəsinin iştirakı ilə baş tutmuş aksiyanı xatırladan Komitə sədri Almaniyada yaşayan soydaşlarımızın Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında həmişə xüsusi fəallıq göstərdiyini vurğulayıb.

Daha sonra Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev çıxış edərək, Azərbaycanın qan yaddaşı olan Xocalı qətliamının Ermənistan silahlı qüvvələri tərəfindən törədilən insanlıq əleyhinə cinayət aktı olduğunu, bu cinayəti törədənlərin gec-tez beynəlxalq hüquq qarşısında cavab verəcəklərini bildirib.