Konsulluq Lənkəranskinin öldüyünü təsdiqlədi

konsulluq-lenkeranskinin-olduyunu-tesdiqledi
Oxunma sayı: 15570

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin ölüm xəbəri təsdiqlənib.

Qafqazinfo” xəbər verir ki, Azərbaycanın İstanbuldakı konsulluğundan Bizimyol.info-ya bildirilib ki, Rövşən Lənkəraniski xəstəxanada vəfat edib.

Qeyd edək ki, bu gecə İstanbulda silahlı hücuma məruz qalan kriminal avtoritetin yaxınları öldüyünü desələr də, bəzi mətbuat orqanları xəstəxanaya istinadən onun yaşadığını iddia edirdi. Lakin son məlumatlara görə onun vəfat etdiyi təsdiqlənib, cənazısinin də xəstəxanadan çıxarıldığı bildirilir.