Koronavirus daşıyıcısı Azərbaycandan Gürcüstana necə keçib? - Detallar

koronavirus-dasiyicisi-azerbaycandan-gurcustana-nece-kecib
Oxunma sayı: 8217

İrandan Azərbaycan vasitəsilə Gürcüstana keçən 50 yaşlı koronavirus xəstəsi ilə bağlı bəzi detallar məlum olub.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, həmin şəxs ölkəsinə mikroavtobusla gedib. Marneuli sakini olan şəxsin yanında daha bir neçə nəfər də olub və onlar Azərbaycanda karantində saxlanılırlar. Marneuli sakininin yol yoldaşı isə Tbilisidə xəstəxanaya yerləşdirilsə də, onda koronavirus tapılmayıb.  

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidzenin sözlərinə görə, məsələ ilə bağlı artıq Azərbaycan tərəfinə məlumat verilib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı pasiyentin qonşu ölkələrdə kimlərlə əlaqədə olmasını araşdırıb, həmin şəxslərdən hansının karantinə və ya  xəstəxanaya yerləşdiriləcəyinə qərar verəcək.