Küçədə məktəbli qıza şillə vuran şəxs tutuldu - Video

kucede-mektebli-qiza-sille-vuran-sexs-tutuldu
Oxunma sayı: 9921

Bakıda küçədə gedərkən məktəbli qıza şillə vuran şəxs saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin Yasamal rayon sakini Əhməd Hüseynov olduğu müəyyənləşib. Polis bölməsində izahatı alınan Ə.Hüseynov əməlindən peşman olduğunu, yeniyetmədən və valideynlərindən üzr istədiyini bildirib.

Araşdırma zamanı məlum olub ki, o, eyni əməli bir neçə başqa qıza qarşı da törədib.

***

DİN Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, sosial şəbəkələrdə ictimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədən naməlum şəxs müəyyən olunaraq saxlanılıb. 

Araşdırmalara müəyyən olunub ki, 1993-cü il təvəllüdlü Yasamal rayon sakini Əhməd Hüseynov eyni xarakterli xuliqanlıq hərəkətlərini digər xanımlara qarşı da törədib. O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib. 

İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin  221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə istintaq hərəkətləri aparılır. 

Ə.Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Xəbəri rus dilində oxuyun: 27 шехидов на одной свадьбе - Видео

40-летний Ровшан Наджаф, сменивший Ровнага Абдуллаева

Ровнаг Абдуллаев о новом назначении

Xatırladaq ki, hadisə fevralın 5-də “İnşaatçılar” metrostansiyasının çıxışında baş verib. Atasının bildirdiyinə görə, sifətindən şillənin təsirindən qız ağzından və burnundan xəsarət alıb, qan açılıb.

Qeyd edək ki, hadisə ilə bağlı məktəbli qızın atası Musa Quliyev "Qafqazinfo"ya müraciət etmişdi.

Həmçinin oxuyun: Bakıda məktəbli qızı küçədə vurub qaçan kimdir? - Video

Amin Nəzərli