Kuril adaları yaxınlığında zəlzələ olub

kuril-adalari-yaxinliginda-zelzele-olub
Oxunma sayı: 936

Sakit okean akvatoriyasında Böyük Kuril cərgəsinin yaxınlığında 3,2 maqnitudalı zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Saxalin filialından məlumat verilib.

“Zəlzələ Böyük Kuril cərgəsinin Urup adasından qərbdə baş verib. Ocağın dərinliyi 41 kilometr təşkil edib”, - filialda bildiriblər.

Seysmoloqların məlumatına görə, yeraltı təkanlar hiss olunmayıb. Sunami təhlükəsi elan edilməyib. Xəsarət alan və dağıntı yoxdur.