Laçında “Araz” supermarket fəaliyyətə başladı - Fotolar

lacinda-araz-supermarket-fealiyyete-basladi
Oxunma sayı: 2561

İşğaldan azad olunan doğma torpaqlarımıza qayıdışın ardından həmin ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, quruculuq-bərpa işləri aparılır.

“Araz” supermarketlər şəbəkəsi də işğaldan azad olunan ərazilərdə yaşayan əhalini keyfiyyətli məhsullarla fasiləsiz təmin etmək məqsədilə vətənimizin döyünən ürəyi - Qarabağda əhatə dairəsini genişləndirməyə davam edir. Şəbəkəyə məxsus növbəti mağaza işğaldan azad olunan Laçın şəhərində fəaliyyətə başlayıb. Mağazada yüksək keyfiyyətli qida və qeyri-qida məhsulları sərfəli qiymətlərlə müştərilərə təqdim olunur.

Qeyd edək ki, Laçında fəaliyyətə başlayan mağaza “Araz”ın Qarabağda açılan sayca ikinci filialıdır. Supermarketlər şəbəkəsinin Qarabağda ilk filialı isə Şuşa şəhərində fəaliyyətə başlayıb.