“Hakimlər tərəfindən ən çox bəyənilən klub “Real”dır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Barselona”nın prezidenti Xoan Laporta “Barça One”a müsahibəsində deyib.
O, bir neçə il öncə kataloniya klubu ətrafında yaranan Neqreyra qalmaqalından da söz açıb: “Kimsə bizim oyunları və hakimləri satın aldığımızı deyə bilməz. Çünki o ittihamların hamısı yalandır”.
Qeyd edək ki, “Barselona”nın 2001-2018-ci illərdə hakimlərin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya 7,5 milyon avro rüşvət verməsi ilə ittihamlar yayılmışdı.
Son xəbərlər
Son Xəbərlər
.jpg)