Lavrov Türkiyəyə səfər edəcək

lavrov-turkiyeye-sefer-edecek
Oxunma sayı: 1028

Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 1-2-də Türkiyədə rəsmi səfərdə olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova brifinqdə açıqlayıb. 

Lavrov səfəri çərçivəsində Antalya Diplomatiya Forumunda iştirak edəcək, eləcə də türkiyəli həmkarı Hakan Fidanla danışıqlar aparacaq.