Lavrov Ukraynadakı əməliyyatın bitəcəyi vaxtı açıqladı

lavrov-ukraynadaki-emeliyyatin-biteceyi-vaxti-aciqladi
Oxunma sayı: 8144

Rusiya Federasiyasının Ukraynadakı xüsusi əməliyyatı yalnız məqsəd və vəzifələri yerinə yetirildikdə başa çatacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Əl-Ərəbiyyə"yə müsahibəsində əməliyyatın mayın 9-da bitib-bitməyəcəyi ilə bağlı suala cavabında deyib.

“Sizə təsvir etdiyim məqsədlər reallaşandan və nəticələr olandan sonra bu əməliyyatlar bitəcək”, - deyə nazir bildirib.

Qeyd edək ki, daha əvvəl də Sergey Lavrov xüsusi əməliyyatın müqavilə ilə başa çatacağını bəyan edib.