Lunyovun menecerindən hakimin qərarına münasibət

lunyovun-menecerinden-hakimin-qerarina-munasibet
Oxunma sayı: 4564

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov “Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə 2:3 hesabı ilə məğlub olmasına münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir  ki, A. Smirnov qarşılaşmanı idarə edən ingiltərəli referi Entoni Teylorun qərarını ədalətsiz hesab edib.

O bildirib ki, hakimin vurulan qola görə əlavə dəqiqə artırması düzgün deyil: “6 dəqiqə əlavə etsə də, almanlar 90+8-ci dəqiqədə qol vurdu. 90+3-cü dəqiqədəki qola görə əlavə dəqiqə yarım oynatmaq nəyə lazım idi? Hakimin bu hərəkətini düzgün hesab etmirəm. “Qarabağ”ın məğlubiyyəti sevilən insanın itkisinə bənzəyir. Ağdam təmsilçisi bunu bacara bilərdi. Hazırda isə Liverpul”un və ya başqa klubların “Bayer”dən güclü olduğunu düşünmürəm”.