Mahir Emreli dubl edib “Legiya”nı qruplara daşıdı - Video

mahir-emreli-dubl-edib-legiyani-qruplara-dasidi
Oxunma sayı: 5879

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”nın heyətində dubl edib.

“Qafqazinfo” xəbər verir ki, 24 yaşlı hücumçu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Çexiyanın “Slaviya” klubu ilə keçirilən ev oyununda  iki qolla komandasını irəli aparıb.

O, 59 və 70-ci dəqiqələrdə fərqlənib. Mahirin vurduğu qollar Polşa klubunu Avroliqanın qrupuna daşıyıb.

Qeyd edək ki, gənc hücumçu “Slaviya” ilə səfər matçında da fərqlənmişdi.