Masazırdakı yanğın söndürüldü - Video+ Yenilənib

masazirdaki-yangin-sonduruldu
Oxunma sayı: 3337

Masazırda fərdi yaşayış evində yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında məlumat verib. O, paylaşıma yanğının görüntülərini də əlavə edib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətindən müraciətimizə cavab olaraq bildirildi ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir:

“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək”.

***

Abşeron rayonu, Masazır qəsəbəsi ərazsində fərdi yaşayış evində baş verən yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.