Masazırda yanaraq ölənlər ana və qızı imiş

masazirda-yanaraq-olenler-ana-ve-qizi-imis
Oxunma sayı: 3167

Bu gün sübh vaxtı Abşeron rayonu Masazır qəsəbəsində fərdi yaşayış evinin yanması nəticəsində ölən şəxslərin kimliyi müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, evdə yanaraq ölən şəxslərin 1949-cu il təvəllüdlü Xanım Əliyeva və qızı 1967-ci il təvəllüdlü Reyhan Əliyeva olması müəyyən edilib. Onların nəşi aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə vaxtı hər mərtəbəsi 40 m² olan ikimərtəbəli ev tamamilə yanıb. Yanğınla əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Aslan Vəliyev