Maşınını saxladığı yeri xatırlamadı, polisə qaçırıldığını dedi

masinini-saxladigi-yeri-xatirlamadi-polise-qacirildigini-dedi
Oxunma sayı: 3039

Gəncədə avtomobilinin yerini xatırlamayan sərxoş sürücü polisə maşının qaçırıldığı barədə məlumat verib.

“Qafqazinfo” xəbər verir ki, şəhər sakini Ş.Məmmədov dekabrın 23-də “102”yə zəng edərək ona məxsus “VAZ-2106” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə avtomobil şəhər ərazisində aşkarlanıb.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaş özü bir gün əvvəl sərxoş olduğu üçün avtomobili yeyib- içdiyi kafenin qarşısında saxlayıb. Səhər oyanan zaman isə yeri xatırlamadığından avtomobilin qaçırıldığını zənn edib.

Həmçinin oxuyun: “Ağdam bandası” iş adamının qızını niyə öldürüb?