Mask onları belə ələ saldı

mask-onlari-bele-ele-saldi
Oxunma sayı: 2252

 “X” sosial şəbəkəsinin sahibi İlon Mask feysbuk və instaqram sosial şəbəkələrində yaranan problemi ələ salıb.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə “Meta”nın sözçüsü Andy Stone “X” hesabında problem üzərində işlədiklərini elan edib.

Bunun ardınca Mask maraqlı paylaşım edib. Paylaşımda bu cümlələr yer alıb:

“Əgər siz hazırda bu postu görürsünüzə, deməli, bizim serverlərimiz işləkdir”.