Maştağada vaksin izdihamı - Video

mastagada-vaksin-izdihami
Oxunma sayı: 4067

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 7 saylı Şəhər Poliklinikasında  vaksinasiya prosesi zamanı karantin qaydalarının pozulması ilə bağlı görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən də aydın olur ki, yüzə yaxın vətəndaş vaksin növbəsini gözləyir. Peyvənd olunmaq üçün gələnlər arasında sosial məsafə qorunmur, karantin qaydaları pozulur.

Qeyd edək ki, bir neçə gün öncə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi  Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında saxta COVID-19 pasportunun verilməsi ilə bağlı əməliyyat keçirmişdi. Nəticədə sözügedən xəstəxanada 50-100 manat müqabilində vətəndaşlara saxta COVID-19 sertifikatı verən tibb bacıları saxlanılmışdı.