“McDonald’s”ın Rusiyadan gedəcəyi xəbərinə belə reaksiya verdi - Video

mcdonaldsin-rusiyadan-gedeceyi-xeberine-bele-reaksiya-verdi
Oxunma sayı: 11955

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ölkədə “McDonald’s” restoran şəbəkəsinin bağlanacağı xəbərinə münasibət bildirib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, o deyib:

“Yaxşı, bağlayın. Amma sabah orada “McDonald’s” yox, “Vanya dayıda” olmalıdır. İş yerləri saxlanılsın, qiymətlər isə endirilsin”.

Qeyd edək ki, “McDonalds” Rusiyada yerləşən bütün restoranlarını müvəqqəti olaraq bağlamaq qərarına gəlib. Burada söhbət şirkətin Rusiyada fəaliyyət göstərən ümumilikdə 850 restoranından gedir.