“Mən polisə dedim ki, qəti toxunmaq olmaz” - Video

“Mən polisə dedim ki, qəti toxunmaq olmaz”
Oxunma sayı: 4573

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov növbəti dəfə bir neçə gün əvvəl komissiyanın qabağında keçirilən aksiyaya münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, M. Pənahov “REAL” TV-yə müsahibəsində deyib ki, aksiyaya yığışanlar oturaraq bütün bu prosesləri iflic etmişdilər:

“Baxmayaraq ki, bu, birbaşa müdaxilədir. Biz heç nəyi hüquq-mühafizə orqanlarına bildirmədik. Düşdülər söhbət etməyə, bir az dedilər, güldülər. Sonra zəng etdilər, dəvət etdilər, ümumilikdə bir 10-15 nəfər namizəd bura yığıldı. Amma heç kəs də demir ki, onlar 5-6 saat burada deyib-gülürdülər. Mərkəzi Seçki Komissiyası açıq qurumdur. Siz də namizədsiz, buna  haqqınız var. Gizlətmirdilər. Deyirdilər biz burada oturmuşuq, siz bizim yanımıza gəlin. Biz də deyirik ki, axı müddət var, ona kimi qəbul etməliyik. Artıq o vaxt gəlib çatdı ki, heç cürə çatdırmaq mümkün olmayacaq, qanunu pozmağa da heç birimizin ixtiyarı yoxdur. Mən məcbur olub polisə bildirdim ki, burada belə bir vəziyyət var. Polis əlbəttə, bilirdi. Amma mən dedim ki, qəti toxunmaq olmaz. Qapımız həmişə açıq olub, hamı bizimlə birgə fəaliyyət göstərib. Həmin gün ikinci günü idi. Biz iki gün müddətində qəbul etməli idik. Bizim əlimizdə tam konkret hüququmuz  var idi, onu o dəqiqə götürsünlər”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi