Mexiko tamamilə susuz qala bilər

mexiko-tamamile-susuz-qala-biler
Oxunma sayı: 1686

Mexiko şəhəri ciddi su böhranı ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, uzun müddət davam edən quraqlıq və yağışların az yağmasına görə su təchizatında gərginlik yaranıb. Artıq hökumət su anbarlarına ciddi məhdudiyyətlərin tətbiqinə başlayıb.

Şəhərin həftələrdir su qıtlığından əziyyət çəkdiyi açıqlanıb. Mütəxəssislər yaxın gələcəkdə Mexikonun susuz qalacağından narahatdırlar.

Qeyd edək ki, şəhərin təxminən 22 milyon əhalisi var.