Milad yığmamıza 14-cü medalı qazandırdı - Yenilənib

milad-yigmamiza-14-cu-medali-qazandirdi
Oxunma sayı: 11941

Rioda keçirilən Olimpiya Oyunlarında taekvando yarışları davam edir.

Qafqazinfo” xəbər verir ki, Azərbaycanı bu yarışlarda təmsil edən daha 2 idmançı mübarizəyə qoşulacaq. 

Taekvando

Kişilər

80 kq

1/8 finalda Milad Meiqi Herçeqani malili İsmael Koulibalini 13:6 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlir. 

***

Milad Beiqi Harçeqani bürünc medal uğrunda mübarizəsini davam etdirib. Onun rəqibi polşalı Pyotr Pazinski olub. Döyüşə fəal başlayan Milad başdan sona üstün olduğu görüşü vaxt başa çatmamış 12:0 hesablı təmiz qələbə ilə bitirərək bürünc medal qazanıb.

Qadınlar

67 kq

Fəridə Əzizova səkkizdəbir final mərhələsində ABŞ idmançısı Payqe Makferson ilə döyüşüb. “London-2012”nin və dünya çempionatının gümüş medalçısı ilə görüşdə rəqibinə 6:5 hesabı ilə qalib gələn təmsilçimiz dörddəbir final mərhələsinə adlayıb.

***

Harçeqani 1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gəlib. Bütün raundlarda rəqibindən üstün olan təmsilçimiz 17:5 hesablı qələbə ilə adını yarımfinala yazdırıb.

***

Fəridə Əzizova da 1/4 finalda Niqora Tursunqulova (Özbəkistan) ilə qarşılaşıb və görüşdən qalib ayrılaraq növbəti mərhələyə keçib.

***

Herçeqani yarımfinalda uduzdu. Bürünc medal üçün döyüşәcәk.

***

Fəridə Əzizova da yarımfinalda uduzub və bürünc uğrunda döyüşəcək. 

***

Fəridə bürünc medal uğrunda görüşdə uduzub.