41 yaşlı kişi Mingəçevir Su Anbarında quyuya düşdü

41-yasli-kisi-mingecevir-su-anbarinda-quyuya-dusdu
Oxunma sayı: 836

Mingəçevir Su Anbarında iş görən 41 yaşlı kişi quyuya düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Çimərlik yolu yaxınlığında baş verib.

Belə ki, hündürlükdə iş görən 41 yaşlı Vüqar Abdullayev müvazinətini itirərək su təmizləyici qurğunun yanındakı quyuya düşüb.

Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı