Sabirabadda mikroavtobus yük maşını ilə toqquşdu - 7 yaralı var

sabirabadda-mikroavtobus-yuk-masini-ile-toqqusdu
Oxunma sayı: 426

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Dadaşbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şükran Həsənalıyevin idarə etdiyi “Mercedes-Benz Atego” markalı yük avtomobili ilə Natiq Mehtiyevin idarə etdiyi “Ford Transit” markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 7 nəfər Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin yüngül və orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov