Mitinqə icazə verildi

mitinqe-icaze-verildi
Oxunma sayı: 8691

Milli Şuranın mitinq müraciətinə cavab verilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə partiyanın funskioneri İlham Hüseyn məlumat verib.

O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti sentyabrın 28-nə planlaşdırılan mitinqin Lökbatan qəsəbəsi, 28 May küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verib.

Qeyd edək ki, müxalifətin ənənəvi olaraq mitinqlərini keçirdiyi “Məhsul” stadionu təmirə bağlanıb.