Moskvada kütləvi tədbirlər ləğv edildi

moskvada-kutlevi-tedbirler-legv-edildi
Oxunma sayı: 3807

Moskvada bu həftəsonu üçün nəzərdə tutulan bütün idman, mədəni və digər kütləvi tədbirlər ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Moskvanın meri Sergey Sobyanin öz teleqram kanalında açıqlayıb. 

Xatırladaq ki, bu gün Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Nəticədə 40 nəfər həlak olub, 100-dən çox insan xəsarət alıb.