Moskvada yaşayış binasında güclü partlayış - Ölənlər var+Yenilənib

moskvada-yasayis-binasinda-guclu-partlayis
Oxunma sayı: 3820

Moskvanın General Tyulenev küçəsindəki yaşayış binalarından birində əvvəlcə partlayış daha sonra yanğın çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

İlkin ehtimala görə, partlayış 9-cu mərtəbədə baş verib. Nəticədə 8-9-cu mərtəbələr uçub. 10-dan çox yaralının olduğu qeyd edilir.

Hadisə yerinə müvafiq qurumlar cəlb olunub.

***

Məlumata görə, hadisə zamanı azı 2 nəfər ölüb, 20-yə yaxın yaralı var.