Moskvaya dron hücumu cəhdi olub

moskvaya-dron-hucumu-cehdi-olub
Oxunma sayı: 2154

Moskva meri Sergey Sobyanin bazar günü gecə Moskva yaxınlığındakı Domodedovo üzərində paytaxta doğru uçan iki pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu haqda teleqramda yazıb.

“Bu gün Domodedovoda Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan iki pilotsuz təyyarənin hücumunu dəf edib”, - Sobyanin qeyd edib.

İlkin məlumata görə, dağıntı və tələfat olmayıb.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako Vnukovo, Domodedovo və Jukovskidə uçuşların məhdudlaşdırıldığını açıqlayıb.

Korenyakonun sözlərinə görə, bu tədbirlər “Moskva vaxtı ilə saat 09:39-dan etibarən mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün” görülüb.