Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı

mudafie-nazirliyi-cebhedeki-son-veziyyeti-aciqladi
Oxunma sayı: 13530

Təmas xəttində vəziyyət gərgin və stabildir.

“Qafqazinfo”nun məlumatına görə, bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

V. Dərgahlı deyib ki, bu gecə erməni silahlı bölmələri Tərtər-Ağdərə və Xocavənd-Füzuli istiqamətində təmas xəttində olan əraziləri artilleriya atəşinə tutub. Ölən və yaralanan yoxdur.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə nəzarət edir.